Xodorkovski merin qətlində ittiham olundu
30-06-2015 21:42 / Bu xəbər 1092 dəfə oxundu
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsi milyarder Xodorkovskinin 1998-ci ildə Nefteyuqansk şəhərinin meri Vladimir Petuxova qarşı baş tutan sui-qəsd hadisəsində açar şəxs olduğunu bildirib.
"Bu və digər bir neçə ağır cinayətin sifarişçisi rolunda Mixail Xodorkovski çıxış edə bilər”, – deyə rəsmi məlumatda deyilir. Hazırda Qərbdə sığınacaq almış Xodorkovskinin vəkili bu ittihamları fantaziya adlandırıb.
Xatırladaq ki, Vladimir Petuxovun qətlinə görə "YUKOS” şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşı Aleksey Piçuqin 2008-ci ildə ömürlük həbs cəzası alıb.












