Yadigar Sadıqlının müşahidəçilərinə təzyiqlər edilir

Yadigar Sadıqlının müşahidəçilərinə təzyiqlər edilir

09-02-2020 15:10 / Bu xəbər 1459 dəfə oxundu

Yadigar Sadıqlının müşahidəçiləri məntəqədən çıxarılıb

9 namizədin qatıldığı 73 saylı Lənkəran Şəhər Seçki Dairəsində kütləvi qanun pozuntuları qeydə alındığı bildirilir. Bitərəf namizəd Yadigar Sadıqlının 4 müşahidəçisini məntəqələrdən çıxarıblar.

Bu barədə Yadigar Sadıqlı Meydan TV-yə məlumat verib.

Yadigar Sadıqlı ümumi vəziyyətin bərbad olduğunu bildirib: "Məntəqələrdə bülletenlər masaların üstündə deyil, sədrin kabinetindən gətirirlər. Açıq şəkildə saxtakarlıqlar həyata keçirilir, bu özbaşınalıqları onbaşılar, yüzbaşılar təşkil edir. Onlar hazırkı deputat Rüfət Quliyevin namizədliyini təbliğ edir, seçicilərə təzyiq göstərirlər ki, bülletendəki 6-cı adama səs versinlər. Eyni zamanda, hərbçiləri 19 saylı məntəqəyə gətizdirib Rüfət Quliyevə səs verdirdilər, bu məntəqə Rüfət Quliyevin təbliğatı gedir”.

Y.Sadıqlının sözlərinə görə, 5, 7, 25, 27 saylı məntəqələrdən müşahidəçilərini çıxarıblar: "25 saylı məntəqədə müşahidəçim səs verməliydi,ona bu imkanı da verməyiblər, güclə zaldan çıxarıblar”.

O, ATƏT-in müşahidəçilərinin məntəqədə olduğunu, amma onunla maraqlanmadığını vurğulayıb: "Onlardan biri belçikalıydı".