Yanan ikimərtəbəli ev keçmiş deputata məxsus imiş

Yanan ikimərtəbəli ev keçmiş deputata məxsus imiş

17-05-2022 18:33 / Bu xəbər 2394 dəfə oxundu

Dünən günorta saatlarında Şəmkirdə yanan ikimərtəbəli evin keçmiş deputat Sona Əliyevaya məxsus olması üzə çıxıb.

"Qaynarinfo” xəbər verir ki, yanan ev vətəndaş Süleymanov Fuad Taptıq oğlunun adına olsa da, S.Əliyevaya məxsusdur. Belə ki, F.Süleymanov eks-deputatın qayınatasıdır.

Yanğın ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib.

Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub.