YAP növbədənkənar qurultay keçirəcək?

YAP növbədənkənar qurultay keçirəcək?

25-08-2020 17:12 / Bu xəbər 1918 dəfə oxundu

Avqustun 25-də səhər saatlarından etibarən bir neçə hökumətyönlü sayt hakim "Yeni Azərbaycan” Partiyasının növbədənkənar qurultay keçirmək niyyətində olduğu barədə məlumat yayıb. Amma toplantının gündəliyi açıqlanmayıb. Partiyada isə növbədənkənar foruma hazırlıqla bağlı məlumatı təsdiq etməyiblər.

Məsələ ondadır ki, heç bir hökumətyönlü KİV hakimiyyət haqqında şaiyə yazmaz. Buna görə, çox güman ki, qurultay keçiriləcək.

Qeyri-rəsmi məlumata görə, hakimiyyət artıq hesab olunan kadrları təmizləmək və rəhbər heyətə gənc kadrlar gətirmək qərarına gəlib. Belə ki, Partiyanın İdarə Heyətində və Siyasi Şurasında müxtəlif səbəblərdən vəzifədən azad edilmiş çox sayda keçmiş dövlət məmuru, deputat və nazir var. Onlar Hüseynqulu Bağırov, Misir Mərdanov, Əli Abbasov, Əli Həsənov, İsmət Abbasov, dövlət məmurları Əli Həsənov, Tağı Əhmədov, Fatma Abdullazadə, Hacıbala Abutalıbov, Elnur Aslanov, Nizami Xudiyev, Novruz Məmmədov, Arif Rəhimzadə, Dilarə Seyidzadədir.

turan.az