YAP növbədənkənar qurultayı keçirəcək

YAP növbədənkənar qurultayı keçirəcək

02-03-2021 13:11 / Bu xəbər 2183 dəfə oxundu

Qurultay martın 5-nə təyin edilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

Bu barədə "Report”a partiyadan məlumat verilib.

Bildirilib ki, növbədənkənar qurultay martın 5-də keçiriləcək.

YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə qərarı Meydan TV-yə şərh etmək istəməyib.