Yapon qırıcıları Çini qorxuya saldı

Yapon qırıcıları Çini qorxuya saldı

17-01-2014 11:43 / Bu xəbər 658 dəfə oxundu

Yapon qırıcıları Çin təyyarələrinin yaxınlaşmasına görə 103 dəfə səmaya qalxıb. 

Bu haqda informasiyanı Yaponiya Müdafiə Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, son üç ayda Çin hərbi təyyarələrinin yaxınlaşması ilə əlaqədar yapon qırıcılarının havaya qalxması halları əvvəlki rübllə müqayisədə azalmayıb.

Nazirliyin dərc etdiyi iyul-sentyabr ayları üzrə hesabata görə, Çin hərbi təyyarələri barədə xəbərdarlığa əsasən, yapon qırıcıları 103 dəfə səmaya qalxıblar.

Bununla yanaşı, Rusiya təyyarələri ilə bağlı analoji hal kəskin şəkildə azalaraq 235-dən 89-a enib. Ümumilikdə, cari ildə Rusiya hərbi təyyarələri Yaponiya sərhədlərinə 437 dəfə, Çin təyyarələri isə 335 dəfə yaxınlaşıb.(AzNews.az )

Arqument.az