Yaponiyada koronavirusa görə əhaliyə100.000 yen veriləcək

Yaponiyada koronavirusa görə əhaliyə100.000 yen veriləcək

17-04-2020 14:47 / Bu xəbər 1128 dəfə oxundu

Yaponiya hökuməti koronavirus səbəbiylə bütün əhaliyə 100.000 yen vermək qərarına gəlib

"Bloomberg" xəbər verir ki, Şindzi Abe hökuməti koronavirus pandemiyasının yaratdığı böhrana dəstək tədbiri olaraq bütün Yaponiya vətəndaşlarına 100.000 yen (926 ABŞ dolları) verməyə qərar verib.

Daha əvvəl Yaponiya hökuməti yalnız gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığını təsdiqləyə biləcək ev təsərrüfatlarına dəstək verəcəyini söyləyib.  

Yaponiya rəsmiləri, belə bir sxemə görə maliyyə yardımının daha uzun müddət paylanacağını, əlavə olaraq ödəniş haqqını təsdiq edən sənədlərin toplanması və təqdim edilməsinin koronavirusun yayılmasına şərait yaradacağını nəzərə alaraq bu fikirdən vaz keçiblər. 

Yaponiyada 17 apreldən bütün ölkədə fövqəladə vəziyyət elan edilib. 

Əvvəllər belə bir rejim yalnız yeddi prefekturada qüvvədə idi. 

Təyin edilmiş fövqəladə vəziyyət rejimi yerli hakimiyyət orqanlarının sakinləri evləri tərk etməmələrini və şirkətləri işlərini dayandırmağa çağırmasına imkan verəcək, lakin bu məcburi xarakter daşımayacaq. 

Aprelin 17-nə olan məlumata görə, Yaponiyada 8626 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib, onlardan 178 nəfəri vəfat edib, 901 nəfəri isə sağalıb. 

Nizami