Yaponiyanın atom stansiyasındakı suyu okeana buraxması etirazla qarşılanıb

Yaponiyanın atom stansiyasındakı suyu okeana buraxması etirazla qarşılanıb

22-08-2023 16:20 / Bu xəbər 669 dəfə oxundu

Yaponiya "Fukusima" atom stansiyasının təmizlənmiş və seyrəldilmiş radioaktiv tullantı suyunu avqustun 24-dən etibarən Sakit Okeana buraxmağa başlayacaq. 
 
Baş nazir Fumio Kişida Nazirlər Kabinetinin bugünkü iclasında "Tokyo Electric Power" şirkətinə təlimat verib.

O deyib ki, əlverişli hava şəraitində - avqustun 24-də boşaltma əməliyyatına hazırlıq görülməlidir. 
 
Yaponiya balıqçılıq industriyası təmizlənmiş suyun okeana buraxılmasına qəti etiraz edib və hesab edib ki, su dəniz məhsullarına zərər verəcək. 

Yaponya ilə yanaşı, Cənubi Koreya və Çindəki ətraf-mühit təşkilatları da suyun okeana buraxılmasına qarşıdır. 

Yaponiya hökuməti balıqçılıq sektorunun fəaliyyətlərini dəstəkləmək üçün 500 milyon dollardan çox vəsait ayırmışdı. 

Hökumət və stansiya rəhbərliyi isə "Fukusima"nın fəaliyyətinin dayandırmasını əsas gətirərək suyun boşaldılmasının önəmli olduğunu deyirlər. 

Peşəkarların fikrincə, suyun axıdılması "Fukusima"nın fəaliyyətini tam dayandırması üçün on illər davam edəcək müddətin ilk addımıdır. 

Beynəlxalq Nüvə Enerjisi Agentliyi (BNEA) iyul ayında dərc etdiyi yekun hesabatda qeyd edirdi ki, suyun boşaldılmanı ekologiya və insan sağlamlığına ciddi təsiri olacaq.

Elm adamları BNEA-nın gəldiyi nəticələri dəstəkləsələr də, bəziləri suda qalan aşağı dozada radioaktivliyin uzun müddətli təsirlərinə diqqət edilməsinin lazım olduğunu deyir. 

2011-ci ilin 11 martında güclü zəlzələ və sunami "Fukusima" stansiyasının soyutma sistemlərinin zədələyərək üç reaktorun əriməsinə və soyutma sularının çirklənməsinə səbəb olmuşdu. 

Stansiyada su toplanıb filterlənir və daha sonra müəssisədəki təxminən min tankerə doldurulurdu. 

Ancaq bunun 2024-cü ilin əvvələrində tam həcmə çatması gözlənilir.