Yaqub Zurufçu "Qurd qapısı"nda dəfn olunacaq

Yaqub Zurufçu

15-09-2021 11:44 / Bu xəbər 507 dəfə oxundu

"Sənətçi Arif Quliyev və Rəmişin yanında torpağa tapşırılacaq"

COVİD-19 infeksiyasından vəfat edən Əməkdar artist Yaqub Zurufçu sentyabrın 15-də Yasamal qəbristanlığında ("Qurd qapısı" qəbiristanlığı-red) dəfn olunacaq.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadənin məlumatına görə, sənətçi Xalq artistləri Arif Quliyev və Rəmişin (Rafiq Hüseynov) yanında torpağa tapşırılacaq.

Dəfn mərasimi saat 13:00-daddır.

Sentyabrın əvvəlində yeni növ koronavirusa yoluxan Yaqub Zurufçu sentyabrın 14-də "Yeni Klinika”da vəfat edib.