Yazıçı Əjdər Olun cəzası azaldıldı

Yazıçı Əjdər Olun cəzası azaldıldı

21-06-2022 18:27 / Bu xəbər 661 dəfə oxundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə baxışı başa çatıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Nəticədə Əjdər Olun cəzası 3 ay azaldılaraq 8 il 3 aya endirilib.

Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.