Yəmənin keçmiş prezidentindən dialoq çağırışı
25-04-2015 00:09 / Bu xəbər 1305 dəfə oxundu
Yəmənin keşmiş prezidenti Əli Abdullah Saleh ölkə əhalisini münaqişəyə son qoyulması üçün siyasi dialoqa çağırıb.
"Bütün münaqişə tərəflərini bütün əyalətlərdə hərbi əməliyyatları dayandırmağa və dialoqa qayıtmağa çağırıram", - Saleh bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə başlayandan aprelin 20-inədək Yəməndə 1080 nəfər ölüb, 4352 adam yaralanıb.
Arqument.Az












