Yeni nazir: "Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək"

Yeni nazir:

31-08-2020 11:18 / Bu xəbər 1977 dəfə oxundu

"Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək".

Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramov "Twitter"də yazıb.

"Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.

Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!", - deyə o bildirib.