Yeni yol çəkilir: Ermənilər Laçın dəhlizindən istifadə etməyəcəklər

Yeni yol çəkilir: Ermənilər Laçın dəhlizindən istifadə etməyəcəklər

29-07-2022 18:18 / Bu xəbər 1009 dəfə oxundu

Yerevan Laçından yan keçməklə yolun tikintisinə başladığını təsdiqləyib

Tex-Kornidzor kəndləri arasındakı M-12 avtomobil yolunun yenidən qurulması işlərinə avqust ayında başlanılacaq.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə Nazirliyi məlumat yayıb.

Qurum tikintinin müddətini açıqlamayıb.

Bildirilir ki, hazırda ümumi uzunluğu 7-8 kilometr olan yolun genişləndirilməsi nəzərdə tutulub.

Məlumata görə, bu yol Azərbaycan ərazisində Laçın şəhərinin cənubuna çəkilən yeni yolla birləşdiriləcək.

Bundan sonra ermənilər Qarabağa getmək üçün Laçın şəhərilə birlikdə Azərbaycanın nəzarətinə keçəcək indiki Laçın dəhlizindən istifadə etməyəcəklər.