Yenidən metro və məktəblər bağlanır

Yenidən metro və məktəblər bağlanır

16-10-2020 13:01 / Bu xəbər 849 dəfə oxundu

Karantin rejimi ilə əlaqədar karantin tətbiq olunur

Azərbaycanda karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər yenidən tətbiq edilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır, həmçinin bütün təhsil müəssisələrində tətil elan olunur.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilir.

Azərbaycanda indiyə qədər 43 min 280 nəfərin yeni koronavirus infeksiyasına yoluxub. 619 pasiyent ölüb.