Yerevandakı partlayışda ölənlərin sayı 15-ə çatıb

Yerevandakı partlayışda ölənlərin sayı 15-ə çatıb

16-08-2022 18:40 / Bu xəbər 1072 dəfə oxundu

18 nəfərin itkin düşdüyü bildirilir

Yerevanda "Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. 

Tibb məntəqələrinə 60 nəfər müraciət edib, onlardan 12-sinin müalicəsi davam etdirilir.

Bu barədə yerli media Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

18 nəfərin hələ itkin düşdüyü bildirilir.

Avqustun 14-də "Surmalu” Ticarət Mərkəzində partlayış baş verib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 357-ci maddəsinin 2-ci bəndi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), habelə 358-ci maddəsinin 2-ci hissəsi (saxlama qaydalarını pozma, ehtiyatsızlıqdan insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan yanar və ya yanar materialların daşınması, çatdırılması və ya istifadəsi) ilə cinayət işi başlanıb.