Yevlax görüşü başa çatıb

Yevlax görüşü başa çatıb

21-09-2023 13:54 / Bu xəbər 1019 dəfə oxundu

Bu gün Azərbayan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlaxda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

Xəbəri APA yayıb. 

Bildirilir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

Azərbaycan tərəfindən danışıqları Milli Məclisin deputatı Ramin Məmmədov aparıb. 

Erməni əhalisinin nümayəndə heyətinin 2 üzvü olub. 

Onlardan biri "Artsax Milli Assambleyasının Artsax Demokratik Partiyası” fraksiyasının lideri David Melkumyandır.

Görüş başa çatdıqdan sonra Qarabağdakı separatçı rejim atəşkəsin pozulduğunu deyib, amma Müdafiə Nazirliyi təkzib edib. 

Ermənistan mediası "Artsax Daxili İşlər Nazirliyi”nə (Qarabağdakı separatçı rejim) istinadən yazır ki, Azərbaycanın silahlı qüvvələri sazişi pozaraq qonşu rayonlardan Stepanakertə (Xankəndi) odlu silahlardan atəş açır.

Şəhərin mərkəzində də atışma səslərinin eşidildiyi bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyi deyilənləri yalan və dezinformasiya adlandırır.