Yevlxda kənd icra nümayəndəsi işləmiş şəxs saxlanılıb

Yevlxda kənd icra nümayəndəsi işləmiş şəxs saxlanılıb

14-08-2020 18:55 / Bu xəbər 1771 dəfə oxundu

Mikayıl Əsədov vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir

Yevlax Rayon İcra Hakimiyyəti başçısının Qaraməmmədli kənd nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədov həbs edilib. Səbəb rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylanmasıdır. Ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatı Baş Prokurorluq yayıb. Bildirir ki, aparılmış istintaqla Mikayıl Əsədovun çalışdığı zaman xidməti vəzifəsindən sui-istifadə etdiyi məlum olub:

"Aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayıb, mənimsəyib, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurub”.

Prokurorluq bildirir ki, Mikayıl Əsədovun işi baxılması üçün məhkəməyə göndərilib.

Mikayıl Əsədov avqustun 6-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan olunub. İndi isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.