Yol polisinin 2 əməkdaşı tutuldu – Rüşvətə görə
19-01-2015 12:15 / Bu xəbər 1080 dəfə oxundu
Moskva şəhərində Rusiya Dövlət Avtomobil Müfəttişliyinin (DAM) 2 əməkdaşı rüşvət aldığına görə həbs olunub.
Bu haqda məlumatı “İnterfaks” agentliyi yayıb.
Məlumata görə, həbs edilən polislər Daxili İşlər İdarəsinin Mərkəzi dairə üzrə şəxsi təhlükəsizlik şöbəsinin əməliyyatçıları tərəfindən dünən saxlanılıb.
Onlar bir vətəndaşdan 48 min rus rublu alarkən ələ keçirilib.
Hazırda bu fakt üzrə araşdırma aparılır.(AzNews.az)
Arqument.az












