Yoluxanların sayı 1800-ü keçdi
28-03-2021 19:35 / Bu xəbər 2310 dəfə oxundu
Azərbaycanda son sutkada koronavirusa 1 831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Martın 28-də verilən məlumata görə, götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Bildirilib ki, indiyədək ümumilikdə 256 201 nəfər koronavirusa yoluxub.
Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib, aktiv xəstə sayı 16 559 nəfərdir.
Son 24 saat ərzində 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb.












