Yuri Şatunov 48 yaşında vəfat edib

Yuri Şatunov 48 yaşında vəfat edib

23-06-2022 16:02 / Bu xəbər 741 dəfə oxundu

Moskva vilayətində 1980-ci illərin sonlarında SSRİ-də populyar olan "Laskovıy May" qrupunun keçmiş solisti Yuri Şatunov vəfat edib.

Onun 48 yaşı var idi. 

Şatunovun nümayəndəsi onun ölümünü "RİA Novosti"yə təsdiqləyib.

Müğənninin ölümünə infarktın səbəb olduğu bildirilir. 

Bəzi mənbələrə görə, o, Domodedovo xəstəxanasında, digərlərinə görə isə hələ təcili yardım maşınında olarkən ölüb.

Yuri Şatunov Orenburqda uşaq evində böyüyüb. 

13 yaşında o, Sergey Kuznetsovun rəhbərliyi ilə yaradılan "Laskovıy May" yeniyetmə pop qrupunun solisti olub.

1988-ci ildə qrup ilk albomunu çıxarıb. 

1980-ci illərin sonlarında qrup və Şatunovun özü Sovet İttifaqında böyük populyarlıq qazanıb - bu, həmin janrda ilk musiqi layihələrindən biri idi. Şatunovun sonradan mübahisə etdiyi prodüser Andrey Razinin rəhbərliyi altında qrup ölkə daxilində çoxsaylı qastrol səfərləri edib. 

Ən məşhur hitləri arasında "Belıe rozı" və "Sedaya Noç" var.

1991-ci ildə "Laskovıy May" dan ayrıldıqdan sonra Şatunov Almaniyaya gedib, sonra Rusiyaya qayıdaraq solo musiqi karyerasını davam etdirib. Amma bir də heç vaxt əvvəlki populyarlığını qazanmayıb.