"Yutub"a da giriş məhdudlaşdırıldı
20-09-2023 13:19 / Bu xəbər 885 dəfə oxundu
"Tiktok"dan sonra, sentyabrın 20-dən Azərbaycanda "Yutub" ("Youtube") sosial şəbəkəsinə də giriş məhdudlaşdırılıb.
"Turan" xəbər verir ki, bu, Qarabağda keçirilən hərbi əməliyyatla əlaqəlidir.
Eyni zamanda, "Google" və "Gmail" elektron poçtun da fəaliyyətində ciddi nasazlıq var.
Hələ ki "Facebook" və "Messenger"in normal işlədiyi bildirilir.
Ümumilikdə isə ölkədə internetin sürətinin zəiflədiyi qeyd olunub.