Zabil Müqabioğlunun ölümündən üç il ötür
26-02-2020 14:59 / Bu xəbər 812 dəfə oxundu
Bu gün tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür.
O, 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən vəfat edib.
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub.
Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib.
1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb.
"525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində işləyib. Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.
Mərhumun bir oğul övladı yadigar qalıb.
Allah rəhmət eləsin!