Zahid Oruc: “Zəfər aministiyası Saleh Rüstəmova şamil oluna bilər”

Zahid Oruc: “Zəfər aministiyası Saleh Rüstəmova şamil oluna bilər”

29-11-2021 13:24 / Bu xəbər 1514 dəfə oxundu

Həbsxanada aclıq aksiyası keçirən Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmovun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək. 

Bunu Milli Məclisin İnsan Haqları Komitəsinin sədri kimi Zahid Oruc deyib. 

Komitə bununla bağlı açıqlama yayıb.
 
Bildirilir ki, Zəfər aministsiyası S.Rüstəmova tətbiq edilə bilər: "Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar. Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər. Xüsusilə də nəzərə alsaq ki, hazırda biz Zəfər amnistiyası dövrünü yaşayırıq. Burada hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir".
 
Məlumata görə, Komitə sədri məsələni müvafiq dövlət hakimiyyət orqanları ilə müzakirə edəcək.