Zakir Fərəcovla bağlı iddia: işə çıxmır, fəaliyyəti araşdırılır

Zakir Fərəcovla bağlı iddia: işə çıxmır, fəaliyyəti araşdırılır

16-01-2023 12:27 / Bu xəbər 618 dəfə oxundu

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamalar başladığı haqqında məlumatlar yayılıb. 

Qaynarinfo xəbər verir ki, icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrü araşdırılır. 

Bildirilir ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.

Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır, hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan bildirilib ki, yayılan məlumatlar əsassızdır: "Sumqayıt Şəhər İcra Hakimiyyətində hər hansı yoxlama aparılmır”.

Sektordan Zakir Fərəcovun işə çıxmadığı barədə iddiaların da həqiqəti əks etdirmədiyi bildirilib.