Zaxarova: "Rusiya Ukrayna ilə danışıqlara hazırdır"

Zaxarova:

09-11-2022 19:10 / Bu xəbər 648 dəfə oxundu

Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ictimaiyyət üçün təşkil olunan brifinqdə belə deyib.
 
Məlumatı ТАСС yayıb.

XİN sözçüsü qeyd edib ki, Rusiya Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib.
 
O həmçinin bildirib ki, Moskva Kiyevlə danışıqlar masasına oturmağa hazırdır: "Biz hələ də danışıqlara açığıq. Biz onlardan heç vaxt imtina etməmişik, əlbəttə ki, hazırda inkişaf edən reallıqları nəzərə alaraq danışıqlar aparmağa hazırıq", - o deyib.
 
Zaxarova, eyni zamanda, rəsmi Berlini tənqid edərək bildirib ki, Almaniya Ukraynanı danışıqlara sövq etmək əvəzinə, onu silahla təmin edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ötən gün bildirib ki, Kiyev yalnız əraziləri işğal altından tam azad olunandan sonra Moskva ilə danışıqlara gedə bilər.

Zelenski rəsmi Kiyevin əvvəlki şərtlərini bir daha xatırladıb.