Zelenski Baydendən maliyyə və hərbi yardım istəyib
14-02-2022 12:25 / Bu xəbər 824 dəfə oxundu
Ukrayna Prezident Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
CNN-in məlumatına görə, telefon danışığı zamanı Zelenski ABŞ liderindən Ukrayna üçün maliyyə və hərbi yardım istəyib.
Bildirilir ki, maliyyə yardımı "Rusiyadan gələn təhlükələri konkret şəkildə məhdudlaşdıracaq" layihələr üçün xərclənəcək.
Ukrayna Prezidenti həmçinin Baydeni ölkəsinə səfərə dəvət edib.
Onun sözlərinə görə, ABŞ liderinin səfəri bölgədə baş verən gərginliyi xeyli yumşalda bilər.












