Zelenski: "Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru artıq Ukraynadadır"

Zelenski:

16-03-2022 17:43 / Bu xəbər 717 dəfə oxundu

"İşğalçılar hərbi cinayətlərə görə məsuliyyət daşıyacaqlar"

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa video müraciət edib. 

O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan artıq Kiyevdədir və materiallar üzərində işləməyə başlayıb. 

Bu barədə "Unian.net” saytı məlumat yayıb. 
 

Kərim Xan
 
"Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan artıq Ukraynadadır. Mən bu gün Kərim Xanla danışdım. O, artıq işə başlayıb. Rus işğalçıları ukraynalılara qarşı törədilmiş bütün hərbi cinayətlərə görə məsuliyyət daşıyacaqlar”, - deyə Zelenski bildirib.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ukraynda 100-dən çox uşaq olmaqla xeyli sayda din sakinin hərbi müdaxilə nəticəsində həyatını itirdiyi bildirilir.