Zelenski hərbi itkilərinin sayını açıqlayıb: 1300-ə yaxın
12-03-2022 23:51 / Bu xəbər 878 dəfə oxundu
Ukrayna Prezidenti Volodomir Zelenski fevralın 24-dən başlanan müharibədə 1300-ə yaxın ukraynalı əsgərin həlak olduğunu bildirib.
Martın 2-də Rusiya Müdafiə Nazirliyi 498 hərbçisinin həlak olduğu haqda məlumat yaymışdı.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.












