Zelenski İzyuma getdi: bayraq qaldırdı

Zelenski İzyuma getdi: bayraq qaldırdı

14-09-2022 15:59 / Bu xəbər 607 dəfə oxundu

Şəhərin işğaldan tam azad olunduğu bildirilir

Sentyabrın 14-də İzyumda Ukrayna bayrağı qaldırılıb.

Mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə nazirinin müavini Hanna Malyar da iştirak edib.

Məlumatı 25-ci hava-desant Siçeslav briqadası "Facebook” səhifəsində yayıb.

2022-ci ilin aprelin 1-də İzyum şəhəri rus ordusunun nəzarəti altına keçib.

Mayın 14-də Ukrayna qoşunları qərb istiqamətindən İzyuma qarşı əks hücuma keçsə də, bu əks-hücum dayanıb.

Sentyabrın 5-dən Rusiya şəhəri tamamilə işğal edib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.