Zelenski Rusiya ilə danışıqlara ABŞ-ın cəlb olunmasını istəyir

Zelenski Rusiya ilə danışıqlara ABŞ-ın cəlb olunmasını istəyir

26-04-2021 16:24 / Bu xəbər 2229 dəfə oxundu

Ukrayna prezidenti Vladimir Zelenski Minsk razılaşmalarına dəyişiklik etməyi və "normand formatı” çərçivəsindəki danışıqlara ABŞ, Böyük Britaniya və Kanadanın cəlb olunmasını zəruri sayır. 

Bu barədə o, "Financial Times" qəzetinə müsahibəsində danışıb.

"Mən indi prezident postuna gəlişimdən əvvəlki prosesdə iştirak edirəm. Əgər belədirsə, onda Minsk prosesi daha çevik olmalıdır. O, keçmişin deyil, indiki zamanın hədəflərinə xidmət etməlidir. İki variant mövcuddur: biz ya Minsk formatını korrektə etməliyik, ya da başqa formatdan yararlanmalıyıq. Sürət vacibdir. Prosesin tempi mühümdür, çünki biz hər gün insan itiririk”, - Ukrayna prezidenti söyləyib. 

O həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək istəyir: "Ukraynanı görüşün keçiriləcəyi yer qayğılandırmır, əsas məsələ məzmundur". 

Bununla belə, Zelenski Donbasdakı konfliktin həlli üçün qondarma respublikaların nümayəndələri ilə danışıqlara barədə haqqında Rusiya liderinin təklifini rədd edib. 

Aprelin 23-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşən Putin Zelenskinin Donbasda görüş keçirmək təklifinə belə münasibət bildirib: "Burada əgər söhbət Donbasın problemlərinin həllindən gedirsə, Ukrayna rəhbərliyi ilk növbədə "Luqansk və Donetsk Respublikaları"nın rəhbərləri ilə görüşməlidir. Donbas ətrafındakı problemin tənzimlənməsinə məhz burda başlamaq lazımdı. Sonra isə məsələləri Rusiya da daxil olmaqla, istənilən üçüncü ölkə ilə müzakirə etmək olar”. 

Putin əlavə edib ki, "Burada əgər söhbət ikitərəfli münasibətlərin inkişafından gedirsə”, Zelenskini istənilən uyğun zamanda Moskvada qəbul etməyə hazırdır. 

Nəzarətdən çıxan ərazilərin reinteqrasiyası üzrə Ukrayna baş nazirinin müavini Aleksey Reznikov Putinin fikirlərinə cavab olaraq bildirib ki, əgər Rusiya və Ukrayna prezidentlərinin görüşü olacaqsa, o, 2019-cu ildə olduğu kimi, "normand formatı” (Almaniya, Fransa, Rusiya, Ukrayna) çərçivəsində olmalıdır. 

Donbasdakı vəziyyət fevralın sonlarında pisləşib. Regionda, demək olar ki, hər gün minaatanlar və qumbaraatanlardan da istifadə edilməklə atəşkəsin pozulması halları qeydə alınır. Tərəflər məsuliyyəti bir-birinin üzərinə atırlar.