Zelenskini üç dəfə öldürməyə cəhd ediblər

Zelenskini üç dəfə öldürməyə cəhd ediblər

04-03-2022 14:38 / Bu xəbər 609 dəfə oxundu

Bir həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskini üç dəfə qətlə yetirməyə cəhd ediblər. 

Bu barədə martın 3-də Böyük Britaniyanın "The Times" nəşri məlumat verib. 

İddiaya görə, Ukrayna xüsusi xidmət orqanları planı ifşa edə və sui-qəsdin qarşısını ala biliblər. 

Bildirilir ki, iki fərqli qruplaşma - "Vaqner" qruplaşması və çeçen xüsusi təyinatlıları bu barədə əmr alaraq fəaliyyətə keçiblər.  

Amma Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin müharibə əleyhinə olan əməkdaşlarının Ukrayna tərəfini məlumatlandırması sayəsində hər 3 cəhdin qarşısı alınıb.