Zelenskiyə sui-qəsd: qarşısı alınıb
26-03-2022 13:21 / Bu xəbər 3399 dəfə oxundu
Ukrayna Prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqala sui-qəsdin qarşısı alınıb.
Bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin silahlıları Prezident və Baş nazirə sui-qəsd hazırlayıb. Lakin Ukrayna kəşfiyyatı yaraqlıları ölkədə və xaricdə izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.
Ukrayna artıq bununla bağlı bütün faktları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.












