Zelensky komediya dostlarını rəhbər vəzifələrə gətirir

Zelensky komediya dostlarını rəhbər vəzifələrə gətirir

25-05-2019 12:29 / Bu xəbər 148 dəfə oxundu

Ukraynanın yeni prezidenti Volodymyr Zelensky köhnə TV həmkarlarına vəzifə verib

BBC xəbər verir.

Onun indiyədək olan tək siyasi təcrübəsi "Xalqın Xidmətçisi" adlı TV proqramında oynadığı prezident vəzifəsi olub.

Prezidentin birinci müavini Sergey Trofimov Zelenskynin "Kvartal 95" studiyasında prodüser olub.

Bundan əlavə, o, bir nəfər ssenaristə, studio qurucusuna və bir nəfər prodüserə də rəhbər vəzifələr verib.

Zelensky həmçinin, Ukraynanın SBU təhlükəsizlik xidmətinə rəhbərliyinə yaxın dostu olan İvan Bakanovu gətirib. 

Bakanov televiziya studiyasını idarə edirdi.

Bütün vəzifələr köhnə əyləncə peşəkarlarına getməyib. 

Daha əvvəl Ukraynanın ən zəngin adamlarından biri olan İqor Kolomoyski ilə işləyən və Zelenskynin seçki kampaniyasında rolu olan hüquqşünas Andriy Bohdan da administrasiyada vəzifə tutub.

Zelenskynin addımlarına tənqidçilər ciddi şəkildə etiraz edirlər.

Bohdan təyinatının "moral dəyərlərə və ya qanuna" zidd olmadığını deyib.

Zelenskynin dost çevrəsindəki insanları rəhbər vəzifələrə gətirməsinin davam edəcəyi gözlənilir.