“Zeytun”a 5 milyon manatlıq sifariş verilib

“Zeytun”a 5 milyon manatlıq sifariş verilib

12-08-2020 11:15 / Bu xəbər 1315 dəfə oxundu

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi dövlət və tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması (1), eləcə də tibbi təyinatlı vasitələrin satınalınması (2 və 3) ilə bağlı elan etdiyi üç açıq tenderə yekun vurub.

Marja.az xəbər verir ki, vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderin qalibləri "Zeytun Pharmaceuticals” "FUAD-KİMYA SERVİS” MMC və "M-Complex” MMC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 5 milyon 207,8 min manat, 1 milyon 687,2 min manat və 1 milyon 376,4 min manat, ümumilikdə isə 8 milyon 582,2 min manat ödəniləcək.

Qeyd edilir ki, "Zeytun Pharmaceutikals” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 600 manat, qanuni təmsilçisi isə Bəhruz Şirəliyev Əvəz oğludur.

"FUAD-KİMYA SERVİS” və "M-Complex” MMC-lər isə müvafiq olaraq 2005-ci il və 2016-cı ildə dövlət qeydiyyatından keçiblər. Onların hər ikisinin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçiləri isə Bağır Bağırov Ağakərim oğlu və Ayaz Bağırov Eynulla oğludur.