Üzgüçülər koronavirusa yoluxub? - Rəsmi açıqlama verilmir

Üzgüçülər koronavirusa yoluxub? - Rəsmi açıqlama verilmir

30-06-2020 00:38 / Bu xəbər 1791 dəfə oxundu

Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvlərinin də koronavirsusa yoluxduğu bildirilir.

Bu barədə Arqument.az-a Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlarından biri məlumat verib.

O bildirib ki, yığma üzvləri Göygölə təlim toplantsına getsələr də, təcili geri qaytarılıblar: "Yığma üzvləri koronaya tutulublar, kişi və qadınlar. Deyilənə görə, 
onlar tibbi müayinədən keçmək üçün  "Gənclik"də idmançıların poliklinikasına gəliblər. Virus poliklinikanın həkimlərinin birindən (Baş həkimin adı çəkilir) keçib. Bundan sonra  Göygölə təlim-məşq toplanışına gediblər. Oradan üzgüçüləri geri qaytarıblar. Hazıra ev şəraitində müalicə alırlar".

Deyilənə görə, virus üzgüçülərin çoxunda simptomsuz olub.

Arqument.az gün ərzində Azərbaycan Üzgüçülük Federasiyasından məsələyə münasibət ala bilməyib.

Federasiyanın prezidenti, deputat Xanlar Fətiyev də telefona cavab verməyib.

Gənclər və İdman Nazirliyindən isə məlumatı nə təsiq, nə də təkzib ediblər.