Ziya Məmmədov dənizkənarı villasını 50 milyon dollara təcili satır

Ziya Məmmədov dənizkənarı villasını 50 milyon dollara təcili satır

06-07-2015 01:42 / Bu xəbər 2241 dəfə oxundu

Azərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədov Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəlib. 

Arqument.Az xəbər verir ki, bu barədə BakuNews-a etibarlı mənbə məlumat verib. 

Məlumatda qeyd edilir ki, son günlər Ziya Məmmədova qarşı mətbuatda hucumların artması, həmçinin hakimiyyətin yuxarı eşalonunda ona və oğlu Anar Məmmədova qarşı kəskin neqativ rəyin formalaşmasını "sonun başlanğıcı” kimi qiymətləndirən nazir-oliqarx bahalı mülkiyyətlərini təcili satmağa qərar verib və Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb. Bundan sonra Moskvadakı oliqarxlardan biri müştəri çıxıb və dünən nəqliyyat nazirinin bu bahalı mülkünə baxış keçirib.

Etibarlı mənbə həmçinin qeyd edib ki, Ziya Məmmədov bəzi qohumlarının adına sənədləşdirilmiş xaricdəki bəzi mülk və obyektləri tamam başqa, kənar şəxslərin mülkiyyətinə keçirlməsi üçün göstəriş verib.

Arqument.Az