Ziya Məmmədovun oğlunun 85 milyonluq biznesi

Ziya Məmmədovun oğlunun 85 milyonluq biznesi

25-12-2022 14:19 / Bu xəbər 736 dəfə oxundu

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni xəbər yayılıb.

"Qaynarinfo" xəbər verir ki, Anar Məmmədov Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə ölkə gündəminə gəlib.

Sözügedən məsələ ilə bağlı xaricdə yaşayan bloger Cavanşir Həsənli məlumat yayıb. Blogerin yaydığı məlumata görə, sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur.

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsinə sahib olduğunu da açıqlayıb.