Ziya Məmmədovun villaları

Ziya Məmmədovun villaları

24-02-2021 21:58 / Bu xəbər 3116 dəfə oxundu

Keçmiş nəqliyyat naziri, ZQAN Holdinqin sahibi Ziya Məmmədovun Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrinin videoları yayılıb.

Bloger Mehman Hüseynovun yaydığı reportajda sözügedən villaların yerləşdiyi ərazilərin "Google Maps" koordinatları da təqdim olunub.

Bloger nazir olduğu illərdə 10 milyard dollardan artıq investisiyaları idarə etmiş Z.Məmmədovun sərvətinin kiçik bir hissəsini təqdim edib: 

1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan keçmiş nazir, mətbuata verdiyi son açıqlamasında burada mal-qara bəslədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi. 

Malikanədə "M" işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar kotteclər, ayrıca bir kiçik villa da mövcuddur.
 
2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.
 
3. İsmayıllı rayonunun ən gözəl kəndlərindən biri Basqalda da sabiq nazirin villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə onun 4 villası var.

4. Qubanın ən gözəl kəndlərindən biri Qəçrəşdə, meşənin düz kənarında oliqarxın daha bir villası mövcuddur. Sahəsi 1 hektardan artıq olan ərazidə ucaldılmış malikanə böyük bir qəsrə bənzəyir.

5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. 


Villalar Qudyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir.