Zurabişvili “Gürcüstanın yeganə qanuni lideri kimi” Trampın andiçmə mərasiminə dəvət olunub

Zurabişvili “Gürcüstanın yeganə qanuni lideri kimi” Trampın andiçmə mərasiminə dəvət olunub

29-12-2024 01:36 / Bu xəbər 102 dəfə oxundu

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət olunub. 

Respublikaçı konqresmen və Helsinki Komissiyasının sədri Co Uilson (Joe Wilson) "X” platformasındakı səhifəsində yazıb ki, Zurabişvili "Gürcüstanın yeganə qanuni lideri kimi” dəvət olunub. 

"Mən İvanişvilinin, onun ÇKP-dəki (Çin Kommunist Partiyası - red.) və İran reyimindəki dostlarının hücumları qarşısında göstərdiyi cəsarətə görə Zurabişvilinin qarşısında baş əyirəm”, - Uilson belə yazıb.

Zurabişvilinin prezidentlik müddəti ilin sonunda başa çatır. Hakim "Gürcü Arzusu" Partiyası yeni prezidenti Mixeil Kavelaşvilinin inauqurasiya mərasimini dekabrın 29-na təyin edib.

Zurabaşvili bəyan edib ki, ədalətli parlament seçkiləri keçirilməyənə, ölkədə legitim hakimiyyət yaranmayana qədər o, Gürcüstanın prezidenti və ölkədə yeganə legitim hakimiyyət olaraq qalacaq. 

Həm müxalifət partiyaları, həm də artıq bir aydır ki, Tbilisidə və ölkənin bir çox başqa şəhərlərində yeni parlament seçkilərinin keçirilməsi tələbilə aksiyalar keçirən yüzminlərlə insan bu məsələdə onu dəstəkləyirlər.