"Zurna Tv"nin rəhbəri: "Səhifəmizi silmək istəyirlər"
10-02-2020 22:47 / Bu xəbər 1761 dəfə oxundu
"Feysbukun Azərbaycan kontingenti üçün aktiv səhifələrinən olan "Zurna Tv" səhifəsi bağlana bilər.
Bu barədə səhifənin rəhbəri Elçin Aztürk məlumat yayıb.
O bildirib ki, 4 ildir fəaliyyət göstərən "Zurna Tv" hakerlərinin hücumu altındadır.
"9 fevral tarixində keçirilən parlament seçkiləri bitdikdən sonra, şəxsi hesablarımıza müdaxilə etmək istəyirlər. Öz hesabım başda olmaqla, əməkdaşlarımızın hesabına da daxil olmağa cəhd edirlər və bu yolla "Zurna Tv" səhifəsini silmək istəyirlər. Qarşısını almağa cəhd edirik. Amma hücumlar gün ərzində dəfələrlə baş verir", - Elçin Aztürk bildirib.
Səhifə yaradıcısı bu hücumların hakimiyyətin sifarişi ilə edildiyini ehtimal edir.












