Bakıda binada lift qırıldı, 6 nəfər yaralı var
14-07-2018 11:10 / Bu xəbər 1729 dəfə oxundu
"Yaralıların vəziyyəti ağır deyil”
Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb. Nəticədə 6 nəfərin xəsarət aldığı deyilir.
Hadisə iyulun 13-də, axşam saatlarında Xudu Məmmədov küçəsi 18 ünvanda yerləşən "TİKMAT” MTK-nın tikdiyi çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Meydan TV-yə verdiyi məlumata görə, yaralılar arasında olan 2 azyaşlı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. 3 nəfərsə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Daha bir nəfərə isə yerində yardım edilib. Onun sözlərinə görə, yaralıların vəziyyəti ağır deyil.
3 saylı Şəhər Klinik Xəstəxanasından Meydan TV-yə deyiblər ki, müxtəlif sınıq xəsarətləri ilə 3 nəfər gətirilib.
Onlardan 2-si yetkin, biri isə yeniyetmədir.