1 dollar 2 manat oldu - SON DƏQİQƏ
27-12-2015 15:26 / Bu xəbər 4646 dəfə oxundu
İkinci devalvasiyadan sonra ölkədə dollar böhranı davam edir. Bakıdakı valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina edirlər.
Onlar Mərkəzi Bank tərəfindən dollar verilmədiyini iddia edirlər."Qara bazar"da isə dollar artıq 2 manata satılmaqdadır. Artıq 28 may civarında fəaliyyət göstərən "qara bazar”çılar birinci gündən etibarən dolların 2 manatdan baha olacağını bildirərək, qiyməti 1.57-dən 2.00 manata qaldırıblar.
Mərkəzi Bankdan isə hər zaman olduğu kimi məsələyə münasibət öyrənmək mümkün olmadı. /Yenicag.az/












