1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı
29-03-2024 13:02 / Bu xəbər 523 dəfə oxundu
Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verən iş adamı zərərçəkmiş şəxslərə dəyən zərəri müəyyən qədər ödədiyi üçün azadlığa buraxılıb.
Məhərrəm Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.
2022-ci ilin may ayında Məhərrəm Əhədovun oğlu, 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilirdi.