"Qərardan şikayət edəcəyik" - Vəkil

06-09-2017 18:14 / Bu xəbər 1398 dəfə oxundu

Sentyabrın 6-da Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə iclasında vəsatət təmin edilməyib. 

Mehman Əliyevin Vəkili Fuad Ağayev vəsatətin təmin edilməməsindən apelyasiya şikayəti verəcəklərini bildirib.

Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. 

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.///toplum.tv