209 min manat vergi borcu olan şirkət tenderdə qalib oldu
11-06-2023 01:39 / Bu xəbər 597 dəfə oxundu
Goranboy Suvarma Sistemləri İdarəsi Suvarma kanallarının mexanizmlə lildən təmizlənməsi işlərinin satın alınması tenderinin qalibini açıqlayıb.
"32gun.az" xəbər verir ki, tenderin qalibi "Perlit” MMC seçilib.
Goranboy Suvarma Sistemləri İdarəsi ilə şirkət arasında bağlanacaq satınalma müqavilələrinin maliyyə dəyəri 123.433,55 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Perlit” MMC-nin 11.08.2004-cü ildə qeydiyyata alındığı göstərilib.
Nizamnamə kapitalı 300 AZN olan şirkətin hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, ADAU-NUN YATAQXANASI, ev 6-da yerləşir.
MMC-nin qanuni təmsilçisi MƏHƏRRƏM ÖMRÜMOV XANSUVAR oğludur.
"Perlit” MMC-nin hazırda 209721.79 AZN vergi borcu var.
Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur.