300 milyon istifadəçi "WhatsApp"dan məhrum ola bilər

300 milyon istifadəçi

17-04-2020 16:18 / Bu xəbər 1574 dəfə oxundu

"WhatsApp" Android və iOS-da gələn il işini dayandıracaq

Hazırda bazarda ünsiyyət üçün bir çox fərqli proqramlar mövcuddur: Skype, Telegram, Viber, ICQ, WeChat və başqaları. Amma əlbəttə ki, mövcud olanlar arasında inanılmaz dərəcədə populyarlıq qazanan "WhatsApp"dır.

Bu proqram hazırda müxtəlif ölkələrdə 2 milyarddan çox insan tərəfindən istifadə olunur və hamısı bu proqramı olduqca əlverişli hesab edir.  

Bu messencerdən istifadə edərək mətnli səsli zənglər göndərmək, media faylları mübadiləsi, səsli zənglər, video zənglər və bir sıra digər ünsiyyət imkanları mümkündür. 

Buna baxmayaraq yaxın zamanda bir çox insan - təxminən 300 milyon, dünyanın ən populyar rabitə xidmətindən istifadə etmək hüququnu itirəcək. 

Xarici KİV yazır ki, təhlükəsizliklə bağlı yaranmış problemlərə görə tərtibatçılar qəsdən məhdudiyyətlət tətbiq etməklə müəyyən sayda insanları bu proqram təminatından məhrum etmək niyyətindədirlər.

"Bir çoxunuz yəqin xatırlayırsız ki, 1 fevral 2020-ci il tarixdən etibarən, Android 2.3.7, iOS 8 və daha köhnə əməliyyat sistemləri platformasında çalışan smartfonlardan "WhatsApp"a giriş mümkünsüz olmuşdu. Bu azmış kimi, artıq 1 fevral 2021-ci il tarixindən, yəni bir ildən də az müddətdə, nisbətən müasir əməliyyat sistemləri sayılan Android 4.0.3 və iOS 9-da işləyən mobil cihazların da "WhatsApp" proqramına girişi məhdudlaşdırılacaq", - məlumatda deyilir. 

Proqram tərtibatçıların rəyinə görə, "WhatsApp"dan istifadə etmək üçün  proqram təminatı daha müasirinə yenilənməli, bu mümkün olmadıqda isə  yeni bir telefon alınmalıdır.

Həmin andan etibarən, mesajlaşmanı işə salmaq üçün əməliyyat sistemlərinin minimum versiyaları Android 5.0 Lollipop və iOS 10 olacaq. 

Bu cür tədbirlərin məqsədi, bütün xidmətin təhlükəsizliyini artırmaqla müxtəlif haker hücumlarından daha müdafiəli hala gətirməkdir.  

Nizami