50 minə yaxın nikah, 20 minə yaxın boşanma qeydə alınıb
17-01-2024 14:41 / Bu xəbər 582 dəfə oxundu
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ötən ilin yanvar-noyabr ayları ərzində 49549 nikah və 19761 boşanma halı qeydə alıblar.
Dövlət Statistika Komitəsi belə məlumat yayıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Ekspertlət isə boşanmaların əsas səbəbi kimi insanların sosial vəziyyətinin ağır olduğunu göstərirlər.