Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı

Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı

05-06-2024 13:51 / Bu xəbər 535 dəfə oxundu

Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə təsdiqlənən müvafiq Fərmanda yer alıb. 

Müaviq fərmanla sözügedən idarənin Baş İdarə statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin  İnsan resursları İdarəsi olaraq fəaliyyət göstərəcək. 

2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. 

Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu təyin olunub. 

General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

Məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək.