Abid Şərifovun şirkəti borc içində batır - İşçilərinə maaş verə bilmir

Abid Şərifovun şirkəti borc içində batır - İşçilərinə maaş verə bilmir

27-07-2023 22:20 / Bu xəbər 865 dəfə oxundu

Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyli sayda işçisi maaşsız qalıb. 

"Qaynarinfo"nun məlumatına görə, şirkətdə müəmmalı səbəblərdən yaşanan broclanma ASC-nin fəaliyyətinə ciddi təsir göstərib. 

Bir vaxtlar ölkənin "tender kralı" adını alan "Evrascon” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hazırda 1 milyon 054 min 609 manat 80 qəpik vergi borcu var. 

Şirkətin işçisi Rüstəmov Mahir Müseyib oğlu da əmək mübahisələrinə görə ASC-ni məhkəməyə verib. 

İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılacaq. 

"Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. 

Şirkətin nizamnamə kapitalı 377 290 manat və qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.

"Evrascon" ASC-nin səhmlərinin çoxu baş nazirin sabiq müavini Abid Şərifova məxsusdur. 

Abid Şərifovun vəzifədən gedişi şirkətin "inkişafına” ciddi təsir də göstərib.