ABŞ-da Fələstin tərəfdarı düşərgə nümayişləri keçirirlər

ABŞ-da Fələstin tərəfdarı düşərgə nümayişləri keçirirlər

01-05-2024 12:47 / Bu xəbər 1461 dəfə oxundu

Kollec rəhbərliyinin xəbərdarlıqlarına baxmayaraq, Qəzzada müharibəyə dair kampus etirazları davam edir.

Onlarla etiraz aksiyasının keçirildiyi Kolumbiya Universitetində Fələstin tərəfdarları təhsildən uzaqlaşdırılacaqları xəbərdarlığına baxmayaraq, universitetin çadırları tərk etmə əmrini icra etməyiblər.

"Tələbələr və dəstəkçilər dağıdılmalarından qorxmayacaqlar. Bu, qaydaların pozulması deyil. Bu bir hərəkatdır. Nə qədər lazımdırsa, onlar burada olacaq. Bizim böyük bir icmamız var. Onlar çox möhkəmdirlər. Bizi zorla qovana qədər qalacağıq", - Kolumbiya Universitetindən təşkilatçısı tələbə Sueda Polat bildirib.

Etirazçılar Sietldəki Vaşinqton Universitetində yeni düşərgə quraraq Qəzzada müharibənin dayandırılmasını və universitetlərin İsraildən çıxarılmasını tələb edib. 

Düşərgəyə yeni çadır döşəkləri gətirilib, etirazçılar tərəfindən pulsuz burritolar paylanıb. Hər 20 dəqiqədən bir intifadaya - Fələstinin İsrailə qarşı qiyamına və hətta Qırmızı dənizdəki gəmiləri hədəf alan Yəmənin husi üsyançılarına dəstək şüarları eşidilib.

Universitet etirazçıların çadırlarını qurduqları Liberal İncəsənət Dördbucağında bir neçə "düşərgəyə icazə verilmir" işarələri qoyub.

"Bir taxta parçası bizi Fələstinlə həmrəy olmaqdan çəkindirməyəcək. Biz hər şeyə hazırıq. Amma son nəticədə həbslər varsa, bu, bizim seçimlərə görə deyil. Bu, universitet, rəhbərlik, Vaşinqton Universitetinin Polis Departamenti və Seattle Polis Departamentini seçimidir. Riskə getməyə hazıram", - Vaşinqton Universitetinin tələbəsi Metyu Çabaud bildirib.

Bəzi fakültə üzvləri iddia edir ki, universitet rəhbərliyi düşərgənin formalaşmasına icazə verməməli idi.

Kompüter elmlərindən dərs deyən professor Stuart Reges etirazın polisin müdaxilə edəcəyi nöqtəyə çatmayacağına ümid edir: "Universitetin onlara öz siyasətimizi pozmağa icazə verməsindən bir az narahatam. Düşünürəm ki, bu, Konfederasiyanın bayraqları ilə dalğalanan və yanından keçən qaradərili tələbələri narahat edən bir White Lives Matter düşərgəsi olsaydı, buna icazə verilərdi. Deməli, onların buna icazə verməsi ilə ikili standart olduğunu düşünürəm. Amma şadam ki, indiyə qədər burada sakitlikdir. Ümid edirəm ki, belə qalacaq”.

Etirazçılar tələbləri yerinə yetirilənə qədər qalmağı planlaşdırdıqlarını deyirlər.

"Birincisi, Fələstin tərəfdarı olan tələbələr, işçilər və professor-müəllim heyətinə qarşı repressiyalara son qoyulmalıdır. İkincisi, bu universitetin İsraildən maddi cəhətdən uzaqlaşdırılmasıdır. Üçüncüsü isə Boeing ilə əlaqələrin kəsilməsidir", - Metyu Çabaud bildirib.

Vaşinqton ştatında fabrikləri olan aerokosmik şirkət bu yaxınlarda İranın İsrailə atdığı ballistik raketləri uğurla ələ keçirən raket əleyhinə "Arrow 3” müdafiə sistemini inkişaf etdirməkdə İsraillə əməkdaşlıq edib.

İsrail tərəfdarları etirazçıların HƏMAS və Qəzzada saxlanılan girovlar mövzusuna niyə toxunmadıqlarını sual edir.(amerikanın səsi)